Günün qoroskopu: ünsiyyətdə problemlərinizin olduğu insanla təmasları minimuma endirin


Digərləri 08 Apr 2021 00:01:00 133 0

Günün qoroskopu: ünsiyyətdə problemlərinizin olduğu insanla təmasları minimuma endirin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - hər şeyi ataraq dünyanın o biri başına yollanmaq istəyirsiniz. Bu hiss müvəqqətidir. Emosiyalara aldanmayın. Bir qədər əvvəl verdiyiniz öhdəlik və vədləri unutmayın. Təmkinli olun, hərdəmxəyal insan təsiri bağışlamayın. Yaxın ətrafınızdakı insanlar sizi diqqətlə müşahidə edirlər.

Emosional davranış ciddi problemlərə səbəb ola bilər.

Günün ikinci yarısı birgə layihələr, ümumi məqsədə çatmaq üçün səylərin birləşdirilməsi üçün əlverişli deyil. Ən yaxşı ideya və ya niyyət münaqişə, qarşıdurma, münasibətlərin aydınlaşdırılması ilə korlana bilər.

Dözümlü, səbrli olun.  

Buğa - gün ərzində yaranan imkanlar və formalaşan şanslardan məntiqlə istifadə edin. Belədə böyük uğura nail olmaq imkanları var. Yaradıcılıq, peşəkar fəaliyyət, təhsildə ciddi irəliləyişlərə nail ola bilərsiniz. İntellektual imkanlarınızın tətbiqini tələb edən işlərdə irəliləyə bilərsiniz.

Maliyyə imkanları və perspektivləri baxımından əlverişli gündür. Qiymətli hədiyyə və gəlir istisna deyil.

Səfər və səyahət uğurlu alınacaq.

Əkizlər - diqqət gözləyir, özünüzü tanıtmağa çalışırsınız. Belə davranış başqa günlərdə, bəlkə də, yerinə düşər, amma indi absurd nəticəyə səbəb ola bilər. Təbii, səmimi davranın. Yalnız belə olan halda məqsədə çata biləcəksiniz.

Diqqət mərkəzində olduğunuz zamanda özünüzü reklam etməyin. Ev işləri və məişət qayğıları üçün əlverişli gündür. Maliyyə məsələlərində ehtiatlı olun. Riskli işlərə pul yatırmayın, bədxərclik etməyin.

Yaşam ortamında yeniliklər edə bilərsiniz. Axşam saatlarını sakit istirahətə həsr edin. Dəvət aldığınız tədbirə yollanmaqla bağlı qərar qəbul etməzdən əvvəl yaxşıca düşünün.

Xərçəng - çətin və mürəkkəb problem həllini gözləyir. Qeyri-adi, amma çox effektiv çözüm yolunu tapa bilərsiniz. Faydalı praktik vərdişlərin əldə olunması, bilik və təcrübələrin artırılması üçün münasib zamandır. Yaradıcılıq potensialı yüksəkdir. Cəsur ideyalarınızı intensiv şəkildə həyata keçirə bilərsiniz.

Yaşlı qohumlar üçün düşərli gündür. Onların müdrik məsləhətləri karınıza gələcək.

Günün ikinci yarısında səfər və ya gəzintiyə yollanmaq olar. Şəraitin dəyişməsi əhvalınızı yaxşılaşdıracaq.

Şir - uğurlu və xoş gündür. Sizi maraqlı görüşlər, söhbətlər gözləyir. Hisslərinizə hakim olun, düşünülmüş qərarlar qəbul edin. Diqqəti özünüzə cəlb etmək üçün izafi səylər göstərməyin. İmiclə eksperimentlər etmək, qarderobu yeniləmək olar.

Diplomatcasına davranış, səbr, sayıq davranış sizə ən xoşagəlməz, ünsiyyətdə çətin insanlarla təmaslarda da gözlənilən nəticəni əldə etməyə imkan verəcək.

Ailədə çoxdan bəri çözülməmiş problemi həll etmək olar. Uydurma iradlara fikir verməyin.

Qız - rəğbət və dost münasibətilərinə can atdığınız insanlarla görüş üçün münasib gündür. Onlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Bilik və bacarıqlarınızı, təcrübənizi nümayiş etdirin. Qətiyyətli qərara və iradəli addıma hazır olun. Çoxdan bəri təxirə saldığınız, ertələdiyiniz ideyanı reallaşdırmağa başlayın.

Sevimli insanla ünsiyyət günün ikinci yarısında sizi xüsusilə sevindirəcək. Hansısa məsələdə kompromis qərarın əldə olunması və ya ortaq məxrəcə gəlinməsi mümkün olmasa da, emosional davranmayın.

Tərəzi - səbrli, soyuqqanlı, təmkinli olun. Mahiyyət etibarilə pis olmayan günü düşünülməmiş hərəkətlər və ekstravaqant, anlaşılmaz qərarlarla pozmayın.

Sözlərinizdə haqlı ola bilərsiniz. Amma sərt açıqlamalar xətrinə dəymək istəmədiyiniz insanı incidə bilər. Bunu etməyin. Günün emosional fonu stabil deyil. İstənilən problem sizi təbdən çıxara bilər.

Dəvət aldığınız bütün tədbirlərə yollanmayın. İnsanların gur olduğu yerdən kənar durun. Açıq havada aktiv istirahət əhvalınızı yaxşılaşdıracaq, kefinizi kökəldəcək.