İnsanı xərçəngə yaxınlaşdıran 10 gündəlik ZƏRƏRLİ VƏRDİŞ


Digərləri 07 Apr 2021 23:39:00 137 0

İnsanı xərçəngə yaxınlaşdıran 10 gündəlik  ZƏRƏRLİ VƏRDİŞ

İnsan ən ağır xəstəliklərə necə tutulur? Gündəlik həyatı ilə, addım-addım, asta-asta. Müasir həyatda hər gün məcburiyyətdən və ya lazım olduğundan artıq istifadə etdiyimiz bəzi əşyalar, işlər də insan orqanizmində şiş hüceyrələrini aktivləşdirə bilir.

Türkiyəli həkim Taner Akman müasir dövrdə xərçəng xəstəliyinin çox yayılmasının səbəbləri haqqında geniş araşdırma yazı ilə çıxış edib.

Son.az xəbər verir ki, məqalədə insanların istifadə etdiyi ziyanlı qidaların, əşiyaların təbii əvəzedicilərini də sadalayıb. Yəni insanların təhlükədən qaçmaq üçün kifayət qədər geniş imkanları var.

- Çoxumuz evdə istifadə etdiyimiz sobaları kondisioner və bu cür ziyanlı elektrik qızdırıcıları ilə əvəz etmişik.

- Demək olar ki, hər birimiz mobil telefonlardan istifadə edir, hətta saatlarla qulağımızda saxlayaraq danışırıq. Amma unuduruq ki, bu telefonlar yüksək radioaktiv şüa ilə zəngindir. Hətta onları yatarkən belə yatağımızın baş ucundan ayırmırıq.

- Həmçinin internetsiz həyat çoxlarımız üçün kabusa çevrilib. Lakin şüa yaymasına görə heç də mobil telefonlardan geri qalmayan Wi-Fi modem ötürücüsünü evlərimizə qədər gətirmişik. Radioaktiv şüa qəbuledicisi olan kompüterləri isə çəkinmədən dizlərimizin üzərindən yerə qoymuruq.

- Neylon, sintetik, naməlum mənşəli materiallı geyimlər, çantalar, sintetik ayaqqabıların istifadəsinə üstünlük veririk. Lakin daha sağlıqlı sayılan pambıq, təmiz lif, kətan kimi materiallardan istifadəni azaltmışıq.

- Yeməklərimizi şüşə və saxsı qablarda bişirmək və saxlamaq əvəzinə, onları polad və tanımadığımız zərərli maddə tərkibli qablarda bişirərək istifadə edirik. Mətbəximizdə insan sağlamlığı üçün zərərli olan plastik, teflon və alüminium kimi materiallardan olan əşyalara üstünlük veririk.

- Evimizin təmizliyi zamanı təbii yağ tərkibli sabunlardan istifadə etmək əvəzinə, zərərli sulu ağardıcı məhsulları seçirik. Daha sonra su buxarlanır və biz nəfəs aldıqca fərqində olmadan ciyərlərimizi xərçəng riski ilə qarşı-qarşıya qoyuruq.