BVF Azərbaycanda işsizlik səviyyəsinin azalacağını proqnozlaşdırır


Digərləri 07 Apr 2021 22:55:00 141 0

BVF Azərbaycanda işsizlik səviyyəsinin azalacağını proqnozlaşdırır

2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5,8 faiz səviyyəsində proqnozlaşdırılır.

Trend bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, 2019-cu ildə bu göstərici 6,5 faiz təşkil edib.

BVF 2022-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin 5,7 faizədək azalacağını proqnozlaşdırır.