Koronavirus əbədi olaraq bizimlə qalacaq AKADEMİK


Digərləri 07 Apr 2021 20:00:00 112 0

Koronavirus əbədi olaraq bizimlə qalacaq  AKADEMİK

Koronavirus əbədi olaraq bizimlə qalacaq, heç yerə getməyəcək.

Seçenov adına universitetin Mikrobiologiya, virusologiya, immunologiya üzrə kafedranın rəhbəri, akademik Vitaliy Zverev koronavirusdan qorxmağı unutmağa çağırıb.

Son.az xəbər verir ki, akademik koronavirusun bundan sonra insan populyasiyasında əbədi qalacağını bildirib.

"Virusa qalib gəlmək, pandemiyanı bitirmək ayrı, amma məsələyə elmi yanaşmaq ayrı. İş ondadır ki, virusu bizi tamam tərk edəcəyinə dair heç bir ciddi əsas yoxdur.

Dünya var olandan biz çox virus infeksiyaları ilə mübarizə aparmışıq. Hələ ki, cəmi bir virusu tamam yoxa çıxarmışıq. O da təbii çiçək. Bu virusa qarşı bütün dünya səfərbər olmuşdu və yaxşı bir vaksin icad edildi, hamını da peyvəndlədilər.

Bundan sonra çiçək xəstəliyi geri qayıtmayacaq. Çünki bu virusa yoluxmuş insanlar artıq qalmayıb.

Koronavirusu isə Yer üzündən tamam məhv etmək mümkün olmayacaq. Çünki effektiv vaksini yoxdur və aramızda bu virusa yoluxub sağalmış insanlar var.