Koronavirus tapmacadır, biz nə ilə üzüzə qaldığımızı hələ bilmirik ALİMLƏR


Digərləri 07 Apr 2021 19:50:00 103 0

Koronavirus tapmacadır, biz nə ilə üzüzə qaldığımızı hələ bilmirik  ALİMLƏR

Koronavirusla mübarizə aparan həkimlər 1 il keçməsinə baxmayaraq, hələ də bu virusun sirrini aça bilməyiblər.

Xəstəni sağaldırlar, amma o əvvəlki kimi sağlam deyil. Təhlükəli virus orqanizmdə elə bir orqan, damar, sistem qalmır ki, onu zədələməsin.

Kardioloqların xəstəsi artıb, yarıdan çoxu kovid keçirib.

Revmatoloqların xəstələri çoxalıb, xəstələrin çoxu Kovid keçirib.

Mütəxəssislər koronavirus tapmacasının sirrini açmağa çalışır. Nəyə görə virus insandan əl çəkmir?

Son.az xəbər verir ki, Associated press agentliyi 2020-ci ildə virusa yoluxub, sağalan insanların 2021-ci ildə belə hələ də xəstəliyin simptom və əlamətlərini hiss edən pasiyentlərin açıqlamasını dərc edib.

Amerika və Avropada yüzlərlə xəstə var ki, 6 aydır virusun fəsadlarının qurbanına çevrilib.

Həkimlər isə əlamətlərlə mübarizə aparır, orqanizmdə nə baş verdiyini tam anlaya bilmirlər.

"Biz tapmaca ilə üzləşmişik, Kovid həkimləri labirintə salıb" - Milli Səhiyyə İnstitutunun rəhbəri Frensis Kollinz etiraf edib.