Bişkekdə karantin rejimi yenidən gücləndirilir


Dünya 07 Apr 2021 19:55:00 132 0

Bişkekdə karantin rejimi yenidən gücləndirilir

Aprelin 12-dən Qırğızıstanın paytaxtı Bişkek şəhərində COVID-19-la əlaqədar karantin rejimi yenidən gücləndirilir, mobil briqadaların sayı artırılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, paytaxtda koronavirusa yoluxma sayının artması ilə bağlı aprelin 12-dən şəhərdəki bütün məktəblər yenidən onlayn tədris formasına keçirilir, uşaq bağçaları bağlanır.

Bildirilir ki, Bişkekdə epidemioloji vəziyyət yaxşılaşana qədər bütün tədbirlər sanitar qaydalara ciddi əməl olunmaqla keçiriləcək.