Azərbaycan xarici ticarətdə rəqabət qabiliyyətliyini artırır


Digərləri 07 Apr 2021 19:14:00 111 0

Azərbaycan xarici ticarətdə rəqabət qabiliyyətliyini artırır

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən yaradılmış "Ticarət Statistikası Portalı"nın məqsədi maraqlı tərəflər üçün Azərbaycanın xarici ticarət dövriyyəsinin vizual təqdim olunmasıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu DGK-nin Aparat rəhbəri Anar Süleymanov "Ticarət Statistikası Portalı"nın təqdimatına həsr olunmuş tədbir zamanı deyib.

O bildirib ki, bu portal zəruri statistik məlumatları təqdim edəcək və biznesin öyrənilməsini dəstəkləyəcək:

"Bu, Azərbaycanın ticarətdə rəqabətqabiliyyətliyinin artırılmasının əsasını qoyacaq".

A.Süleymanov bildirib ki, portalın hazırlanmasına 18 ay əvvəl başlanılıb:

"Bu portal 8 istiqamət üzrə istənilən informasiyanı, xüsusilə də 99 məhsul üzrə idxal və ixrac məlumatlarını tapmağa kömək edəcək"