Məşhur rusiyalı virusoloq evində ölü tapıldı


Dünya 07 Apr 2021 18:46:51 125 0

Məşhur rusiyalı virusoloq evində ölü tapıldı

Rusiyalı virusoloq, Rusiya Elmlər Akademiyasının akademiki Cozef Atabekov bu gün Moskvadakı mənzilində ölü tapılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 87 yaşında ölən Atabekovun cəsədində zorakılıq izləri tapılmayıb. 

Cozef Atabekov transgen bitkilər üçün ilk rus patentinin müəllifidir. Lomonosov adına Moskva Dövlət Universitetinin Virologiya şöbəsinə rəhbərlik edib. O, ixtiralarına görə 35 müəllif hüququ sertifikatı və patent alıb.