Azərbaycanla Misir arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edildi


Siyasət 07 Apr 2021 18:31:00 57 0

Azərbaycanla Misir arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Aprelin 7-də Milli Məclisin Sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, spiker qonağı səmimi salamlayaraq, Misirin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayıb. O, ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini bildirərək, tərəflər arasında imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib.

İki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın əhəmiyyətini bildirən Sahibə Qafarova deyib ki, Milli Məclisdə Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Görüşdə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük qələbə haqqında da məlumat verilib. Bildirilib ki, Azərbaycan bu qələbə nəticəsində Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad edərək, öz ərazi bütövlüyünü və ədaləti bərpa edib. Bununla da ölkəmiz üçün yeni mərhələnin başlandığını diqqətə çatdıran Sahibə Qafarova vurğulayıb ki, hazırda qarşıda duran əsas məqsədlərdən biri azad olunmuş ərazilərimizin ən yüksək səviyyədə yenidən qurulması, şəhər və rayonlarımızın bərpa olunmasıdır.

Görüşdə qeyd olunub ki, ermənilər 30 il ərzində işğal etdikləri Azərbaycan torpaqlarında böyük dağıntılar, vandalizm aktları törədib, şəhərləri, evləri, kəndləri, tarixi, mədəni və dini abidələri, bütün infrastrukturu tamamilə dağıdıb, talan edib. Ermənistan həmçinin həmin əraziləri minalayıb və bu gün bütün çağırışlara baxmayaraq, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda davam edir, minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bunun nəticəsi olaraq, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Sahibə Qafarova həmin xəritələrin Azərbaycan tərəfinə verilməməsinin hərbi cinayət olduğunu vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ölkəmizdə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər qazandığını və inkişaf etdiyini vurğulayaraq hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdiyini bildirib.

Səfir iki ölkənin parlamentləri arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hərarəti 38 dərəcədən aşağı olanlardan niyə test götürülmür? like
  • 07 Apr 18:27  
Digərləri Hərarəti 38 dərəcədən aşağı olanlardan niyə test götürülmür?

Son günlər sosial şəbəkələrdə hərarəti 38 dərəcədən aşağı olan

arrow Ətraflı
İnstaqramda nələr paylaşıldı?  FOTOlar like
  • 07 Apr 18:26  
Şou-biznes İnstaqramda nələr paylaşıldı? FOTOlar

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub like
  • 07 Apr 18:25  
Digərləri “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlana

arrow Ətraflı
Gəzməyə çıxan koronavirus xəstəsi saxlanıldı like
  • 07 Apr 18:24  
Digərləri Gəzməyə çıxan koronavirus xəstəsi saxlanıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq t

arrow Ətraflı
Zaurun adından istifadə edib müğənniləri aldatdılar like
  • 07 Apr 18:19  
Şou-biznes Zaurun adından istifadə edib müğənniləri aldatdılar

Aparıcı Zaur Kamalın adından saxta İnstaqram səhifəsi açılıb.

arrow Ətraflı
Daha bir məktəb direktoru koronavirusdan öldü like
  • 07 Apr 18:18  
Digərləri Daha bir məktəb direktoru koronavirusdan öldü

Qaxda məktəb direktoru koronavirusdan vəfat edib.

arrow Ətraflı
Rusiya və Ermənistanın müdafiə nazirləri telefonla danışdı like
  • 07 Apr 18:14  
Dünya Rusiya və Ermənistanın müdafiə nazirləri telefonla danışdı

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və Ermənistanın müd

arrow Ətraflı
Müğənni açıqsaçıq FOTOları ilə gündəm oldu like
  • 07 Apr 18:09  
Şou-biznes Müğənni açıqsaçıq FOTOları ilə gündəm oldu

Avstraliyalı ulduz müğənni İqqi Azaliya yenidən gündəmdədir.

arrow Ətraflı
Qarabağda vəziyyətin normallaşması ən aktual və kəskin problemdir  Putin like
  • 07 Apr 18:08  
Siyasət Qarabağda vəziyyətin normallaşması ən aktual və kəskin problemdir Putin

Qarabağda vəziyyətin normallaşması ən aktual və kəskin problemdir.

arrow Ətraflı
SMSicazə tətbiq edilə bilər  Millət vəkili like
  • 07 Apr 18:06  
Digərləri SMSicazə tətbiq edilə bilər Millət vəkili

Yoluxma və ölənlərin sayının artması narahatedicidir. Vəziyyət belə da

arrow Ətraflı
İranda daha 193 nəfər koronavirusdan öldü like
  • 07 Apr 18:04  
Dünya İranda daha 193 nəfər koronavirusdan öldü

İranda ötən 24 saat ərzində 193 nəfər koronavirusdan ölüb.

arrow Ətraflı
Manatın sabaha məzənnəsi like
  • 07 Apr 18:03  
Digərləri Manatın sabaha məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 8-nə olan USD/AZN rəsmi məzənnəs

arrow Ətraflı
Yeni saziş müharibədən sonra Türkiyə ilə Azərbayanı daha da gücləndirəcək  ŞƏRH like
  • 07 Apr 18:02  
Siyasət Yeni saziş müharibədən sonra Türkiyə ilə Azərbayanı daha da gücləndirəcək ŞƏRH

Türkiyə ilə Azərbaycan höküməti arasında imzalanan "Müdafiə Səna

arrow Ətraflı
Evindən tüfəng və tiryək tapıldı like
  • 07 Apr 17:59  
Digərləri Evindən tüfəng və tiryək tapıldı

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsin

arrow Ətraflı
"Şahdəniz" yatağında texniki problemlər yoxdur like
  • 07 Apr 17:54  
Digərləri "Şahdəniz" yatağında texniki problemlər yoxdur

Hazırda "Şahdəniz" qaz-kondensat yatağında texniki problemlər yo

arrow Ətraflı