SMSicazə tətbiq edilə bilər Millət vəkili


Digərləri 07 Apr 2021 18:06:00 119 0

SMSicazə tətbiq edilə bilər  Millət vəkili

Yoluxma və ölənlərin sayının artması narahatedicidir. Vəziyyət belə davam etsə, yenidən qapanmaya gedilə, SMS-icazə sistemi tətbiq edilə bilər. Buna görə vətəndaşların vaksinasiya prosesinə cəlb edilməsi üçün daha effektiv işlər görmək lazımdır.

Son.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, mövcud vəziyyətlə əlaqədar hökumət yenidən sərt rejimə keçməyə məcbur olsa, SMS-lə evdən çıxmaq və s. kimi məhdudiyyətlər peyvənd olunan şəxslərə şamil olunmaya bilər:

"Təəssüf ki, hazırda vəziyyət ciddidir. Yoluxanların sayından əlavə günlük ölüm sayı da öncəki vaxtlara nəzərən artmaqdadır. Təəssüf ki, gözləri qarşısında baş verən bu vəziyyətə baxmayaraq, hələ də laqeydlik göstərənlər var. Görünür, insanların vaksinləşmə ilə bağlı inam problemi mövcuddur.