Daha bir məktəb direktoru koronavirusdan öldü


Digərləri 07 Apr 2021 18:18:45 100 0

Daha bir məktəb direktoru koronavirusdan öldü

Qaxda məktəb direktoru koronavirusdan vəfat edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayeva COVID-19-un qurbanı olub.

Qeyd edək ki, 84 yaşlı direktor bir müddət əvvəl koronavirusa yoluxub. O, Bakıda yerləşən xəstəxanalardan birində müalicə olunurdu.