Azərbaycan və Türkiyə müdafiə nazirləri avtomatlaşdırılmış idarəetmə sistemlərinin birgə fəaliyyətlərini izləyiblər VİDEO FOTO
Siyasət 07 Apr 2021 17:33:11 69 0
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri davam edir.
Bu xəbəri də oxu: QHTlərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb Fərman
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərin növbəti mərhələsini izləmək məqsədilə aprelin 7-də təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonuna gələn Müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidə açılmış səhra idarəetmə məntəqələrində olub, təlimin təşkili və gedişi ilə maraqlanıb. Müdafiə nazirinə bölmələrimizin sərəncamındakı taktiki-strateji səviyyədə olan ən müasir rabitə avadanlıqları təqdim edilib.
Məruzə edilib ki, təlimlərdə vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra edilir. Müdafiə naziri Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin komanda-idarəetmə məntəqələri ilə əlaqə saxlayıb, rabitənin dayanıqlığı və fasiləsizliyini yoxlayıb.
General-polkovnik Z.Həsənov Şuşa, Laçın, Kəlbəcər, həmçinin azad edilmiş digər ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayıb, təlimlərin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.
Sonra təlimin idarəetmə məntəqəsində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyənin Milli müdafiə naziri Hulusi Akar ilə birbaşa videobağlantısı baş tutub. Hər iki ölkənin müdafiə nazirləri təlim iştirakçılarına müraciət edərək onlara uğurlar arzulayıb. Videobağlantı zamanı müdafiə nazirləri rabitə qoşunlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, qoşunlar arasında vahid rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkili, həmçinin bu sahədə birgə tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Eyni zamanda müdafiə nazirləri Azərbaycan və Türkiyə ordularının bütün qoşun növləri arasında əməliyyat uyarlığının təkmilləşdirilməsi, birgə əməliyyat planlarının işlənilməsi, bölmələr arasında döyüş uzlaşmasının inkişaf etdirilməsi və digər fəaliyyətləri dəyərləndiriblər.
Təlimlər davam edir.
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların b

"COVİD-lə mübarizə aparıldıqdan, müəyyən məhdudiyyətlər tətbiq

Azərbaycanda ümumi daxili məhsulun təxminən 45 faizi, ixracın 90 faizi, s

Gələn həftə ABŞ Prezidenti Co Bayden Administrasiyası vətəndaşları 900

17 avqust 2020-ci il tarixdə İmişli rayonu, Buludlu kəndi ərazisində kənd

34 yaşlı Lüksemburq şahzadəsi Lui ikinci dəfə evlənməyə hazırlaşır.

Ceyhun Bayramov Türkiyə Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yay

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqç

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü

Sabunçu Rayon İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfind

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

Sevilən xanəndə İlkin Əhmədov İnstaqramda növbəti dəfə paylaşım edi

Rusiyanın Kalininqrad şəhərində məktəb direktoru məktəblilərə özün

"Nəcməddin Sadıkov baş leytenant olandan Qarabağ döyüşlərində iş
