Saatlı sakinindən odlu silah götürüldü


Digərləri 07 Apr 2021 17:34:00 101 0

Saatlı sakinindən odlu silah götürüldü

Saatlı rayon sakinindən odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Son.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mollavaizli kənd sakini Ziyafət Ağayarovdan müvafiq sənədləri olmayan "TOZ-63" markalı ov silahı aşkar edilərək götürülüb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.