Ceyhun Bayramov Erkan Özoralla görüşdü FOTO
Siyasət 07 Apr 2021 17:18:00 67 0
Ceyhun Bayramov Türkiyə Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb
Bu xəbəri də oxu: Yoluxanların sayı 900ə düşdü
Son.az Trend-ə istinadən bildirir ki, 7 aprel 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Nazir Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan ən yüksək səviyyəli münasibətlərin inkişafında səfir qismində Erkan Özaralın rolunu məmnunluqla qeyd edərək, bu xüsusda verdiyi töhfəyə görə ona təşəkkürünü bildirdi.
Azərbaycan və Türkiyə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin, o cümlədən səfirlərin üzərinə böyük məsuliyyət qoyduğunu bildirən nazir Ceyhun Bayramov, Azərbaycandakı diplomatik fəaliyyəti müddətində səfir Erkan Özaralın bu önəmli vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyini və ölkəmiz üçün tarixi bir dövrdə qardaş Türkiyənin elçisi qismində uğurla fəaliyyət göstərdiyini vurğuladı.
Səfir Erkan Özaral Azərbaycanı Türkiyədən ayırmadığını və bunun hər zaman belə olacağını bildirdi. O, Azərbaycan üçün çox önəmli bir dövrdə səfir qismində çalışmaqdan qürur hissi keçirdiyini söylədi və diplomatik fəaliyyəti müddətində ona göstərilən yüksək diqqət və əməkdaşlığa görə təşəkkürünü ifadə etdi. İki ölkə arasında səfərlər üçün viza tələbinin aradan qaldırılmasını və vətəndaşlarımızın artıq şəxsiyyət vəsiqəsi əsasında səfər edə biləcəklərini məmnunluqla vurğulayan səfir, bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirdi.
Nazir Ceyhun Bayramov Erkan Özaralın növbəti vəzifəsinin öhdəsindən də yüksək peşəkarlıqla gələcəyindən əminlik ifadə edərək, səfirə gələcək fəaliyyətində uğurlar arzu etdi.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yay

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqç

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü

Sabunçu Rayon İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfind

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

Sevilən xanəndə İlkin Əhmədov İnstaqramda növbəti dəfə paylaşım edi

Rusiyanın Kalininqrad şəhərində məktəb direktoru məktəblilərə özün

"Nəcməddin Sadıkov baş leytenant olandan Qarabağ döyüşlərində iş

Moskvada işgüzar səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanla Rus

Aktyor Elməddin Cəfərov seriallarına çəkdiyi aktyorlara şərt qoyduğunu

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçiril

"Kimsə daha belə toyların olmayacağını deyirsə, o, adamın kökünü

Moskva görüşü Nikol Paşinyanın təşəbbüsü ilə həyata keçirilir.

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

"Distant təhsil heç vaxt əyani təhsili əvəz edə bilməz".
