Virusun teztez mutasiyaya uğraması vəziyyəti çətinləşdirir


Digərləri 07 Apr 2021 17:26:00 136 0

Virusun teztez mutasiyaya uğraması vəziyyəti çətinləşdirir

"COVİD-lə mübarizə aparıldıqdan, müəyyən məhdudiyyətlər tətbiq edildikdən sonra vəziyyət bir müddət sabitləşir, stabil vəziyyət alır. Ondan sonra yenidən ağırlaşmalar baş verir, yeni-yeni fəsadlar ortaya çıxır, yoluxanların sayında yenidən kəskin artım müşahidə edilir".

Bunu Son.az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

İnfeksionist bildirib ki, peyvənd vurulan şəxslər bir daha virusa yoluxmayacaqlarına arxayın olmasınlar:

"Fəsadların da yaranmasının birinci səbəbi virusun mutasiyaya uğramasıdır. Nə qədər ki, virus mutasiyaya uğrayır istər peyvənd, istərsə də aparılan müalicədə bir qədər çətinliklər yaranır.

Ona görə də mübarizə öz effektini istədiyimiz kimi vermir. Bunun üçün yenə də standart qaydalara əməl olunacaq. Peyvənd olunsalar belə hər kəs özünü qoruyacaq".