Ərdoğan İstanbul kanalının tikintisindən danışdı
Dünya 07 Apr 2021 16:04:00 130 0
İstanbulda gəmiçilik kanalının tikintisi yayda başlayacaq.
Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə İstanbul kanalının tikintisindən imtina etməyəcək.
Qeyd edək ki, İstanbul kanalının tikintisi 5 ilədək davam edəcək. Bosfor kanalına paralel çəkiləcək kanalın uzunluğu 45 kilometr, eni 600 metr olacaq. Gündəlik buraxılış gücü 150-160 gəmi təşkil edəcək.
Mənbə: milli.az