Ağdamın Qiyaslı məscidində uzun illərdən sonra ilk azan oxundu FOTO


Digərləri 07 Apr 2021 16:17:56 124 0

Ağdamın Qiyaslı məscidində uzun illərdən sonra ilk azan oxundu  FOTO

Ağdama səfər edən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə və dini icma rəhbərləri burada Qiyaslı məscidində olublar.

Son.az Trend-ə istinadən bildirir ki, səfər zamanı məsciddə uzun zaman sonra ilk azan oxunub, dualar edilib.

Qeyd olunub ki, ermənilər buradan ferma kimi istifadə edib, mal qara, donuz saxlayıblar. Həmçinin, məsciddə heyvan yemi də saxlanılırmış. Ermənilər Ağdamdan çıxan zaman buraları yandırıblar.