Erməni general Azərbaycanla sərhədə yollandı


Siyasət 07 Apr 2021 15:37:12 67 0

Erməni general Azərbaycanla sərhədə yollandı

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan Azərbaycanla dövlət sərhədindəki hərbi hissələrə baş çəkib.

Yayılan rəsmi məlumatlara görə, "A.Davtyan hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığı səviyyəsini yoxlayıb.

Davtyanın qəfil səfərinin əsas məqsədi əslində tam fərqli olub. Ermənistan və Azərbaycan arasındakı dövlət sərhədinin delimitasiyası prosesi davam etdiyindən, sərhəd yaxınlığında yerləşən və ya bilavasitə sərhədin ərazilərindən keçdiyi erməni kəndlərinin sakinləri arasında hakimiyyətdən narazılıq artır. Onların dediklərinə görə, ordu və baş nazir Nikol Paşinyanın hökuməti "kəndləri ələ alan türkləri dayandırmaq üçün heç nə etmirlər".

Yerli ermənilər iddia edirlər ki, sən demə, Azərbaycan onların "ərazilərini zəbt edir". Halbuki ölkəmiz 28 illik erməni işğalında olmuş ərazilərimizi elə həmin mənhus işğaldan azad edir.

Ermənistan vətəndaşları olan ermənilərin "bizimdir" dedikləri ərazilərin total əksəriyyəti Azərbaycanın Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarının işğal edilmiş torpaqları, kəndləridir.

Delimitasiya prosesi isə təbii, bu ərazilərin işğaldan azad edilməsi və Azərbaycanın ərazi-inzibati vahidlərinə aid olan məkanların ölkəmizə qaytarılmasıdır.

Artak Davtyan da Azərbaycanla sərhədin yaxınlığında yerləşən hərbi hissələrə yollanmaqla iki məqsədini reallaşdırmağa çalışıb. Onlardan biri "Ermənistanın Müdafiə Nazirliyi situasiyaya tam nəzarət edir, hər şey normaldır" görüntüsü yaratmaq, digəri isə Baş Qərargahın sabiq rəisi, general-polkovnik Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasından sonra strukturda yaranmış parçalanma və düşərgələnmədə "xarizmatik, qayğıkeş rəhbər" obrazı ilə opponentlərini üstələmək istəyidir.

Ermənistanın ordusunda, daha doğrusu, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra darmadağın edilmiş strukturda vəziyyət həddən ziyadə ağır olduğundan A.Davtyan durumu qısa müddətdə olmasa da, orta perspektivdə çözməyin yollarını arayır.

Baş nazir Nikol Paşinyanın kreaturası olan sözügedən general-leytenantın indi qarşısında duran əsas problem özünü ciddi, peşəkar və nüfuzlu hərbçi kimi erməni ictimaiyyətinə təqdim etməkdir.

Ermənistandakı mövcud durumu nəzərə alsaq, bu, çətin məsələdir. Belə ki, A.Davtyan ilk əvvəl Azərbaycanla sərhədin yaxınlığındakı hərbi hissələrdə hökm sürən acınacaqlı vəziyyəti, şəxsi heyətdəki ruh düşkünlüyü və pessimizmə qapılması, nizam-intizamla bahəm, təminatın çox aşağı səviyyəsi və s. problemlərin yaxın müddətdə, hətta yaxın illərdə çözülməsi irreal təsir bağışlayır.

Orxan Hun Son.az

ABŞ Müdafiə nazirinin növbəti xarici səfəri İsrailə olacaq like
  • 07 Apr 15:34  
Dünya ABŞ Müdafiə nazirinin növbəti xarici səfəri İsrailə olacaq

ABŞ Müdafiə naziri Lloyd Oustinin gələn həftə İsrailə səfər etməsi v

arrow Ətraflı
""İsgəndər" raketinin mühərrik qovşağı dağılmır" like
  • 07 Apr 15:29  
Siyasət ""İsgəndər" raketinin mühərrik qovşağı dağılmır"

"Hər bir silah növünün öz markalanma xüsusiyyətləri var".

arrow Ətraflı
Əməkdar artist koronavirusa yoluxdu  FOTO like
  • 07 Apr 15:24  
Şou-biznes Əməkdar artist koronavirusa yoluxdu FOTO

Əməkdar artist Nahidə Orucova koronavirusa yoluxub.

arrow Ətraflı
Teleaparıcı nazirlikdə şöbə müdiri təyin olundu like
  • 07 Apr 15:19  
Digərləri Teleaparıcı nazirlikdə şöbə müdiri təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı olub.

arrow Ətraflı
Ağcabədidə avtomobil yolunun tikintisi üçün 13,6 milyon ayrıldı  SƏRƏNCAM like
  • 07 Apr 15:14  
Siyasət Ağcabədidə avtomobil yolunun tikintisi üçün 13,6 milyon ayrıldı SƏRƏNCAM

Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir-Stansiya Mingəçevir

arrow Ətraflı
Məktəb direktorunun məhkəməsi başlayır like
  • 07 Apr 15:14  
Digərləri Məktəb direktorunun məhkəməsi başlayır

Yevlax Rayon Təhsil Şöbəsinin Əkşəm kənd tam orta məktəbinin direktoru

arrow Ətraflı
Zəngilanda “Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası keçirilib like
  • 07 Apr 15:10  
Digərləri Zəngilanda “Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı
1 ay əvvəl itkin düşən şagirdin meyiti tapıldı like
  • 07 Apr 15:09  
Digərləri 1 ay əvvəl itkin düşən şagirdin meyiti tapıldı

Mingəçevir şəhərində bir ay əvvəl itkin düşən 16 yaşlı oğlanın m

arrow Ətraflı
Zəfərimiz İslam dünyası üçün böyük qələbədir  Allahşükür Paşazadə like
  • 07 Apr 15:06  
Siyasət Zəfərimiz İslam dünyası üçün böyük qələbədir Allahşükür Paşazadə

Ermənistan 30 il ərzində bütün dini abidələrimizi dağıdıb. Ağdam həm

arrow Ətraflı
"Rosatom" Azərbaycanda "yaşıl" enerji layihələrini nəzərdən keçirir like
  • 07 Apr 15:05  
Digərləri "Rosatom" Azərbaycanda "yaşıl" enerji layihələrini nəzərdən keçirir

Rusiyanın "Rosatom" dövlət korporasiyası Azərbaycanda "yaş

arrow Ətraflı
Keçmiş baş nazir yenə xəstəxanaya düşdü like
  • 07 Apr 15:04  
Dünya Keçmiş baş nazir yenə xəstəxanaya düşdü

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni yenidən xəstəxanadadır.

arrow Ətraflı
Məşhur cütlüyünün evlilik sirri like
  • 07 Apr 14:59  
Şou-biznes Məşhur cütlüyünün evlilik sirri

Dünyaca məşhur Hollivud aktrisası Ketrin Zeta Cons özündən 25 yaş böyü

arrow Ətraflı
Oqtay Şirəliyev bu xəstəxanaya baş həkim like
  • 07 Apr 14:54  
Digərləri Oqtay Şirəliyev bu xəstəxanaya baş həkim

2 nömrəli klinik psixiatriya xəstəxanasına yeni baş həkim təyin olunub.

arrow Ətraflı
Kəmalə Elcanla fotosunu paylaşdı: "Bu da bizim uşaqlar" like
  • 07 Apr 14:49  
Şou-biznes Kəmalə Elcanla fotosunu paylaşdı: "Bu da bizim uşaqlar"

Məşhur aparıcı, aktrisa Kəmalə Pririyevanın sosial media hesabındakı pa

arrow Ətraflı
Azərbaycanda vaksin olunanların sayı 1 milyonu keçdi like
  • 07 Apr 14:45  
Digərləri Azərbaycanda vaksin olunanların sayı 1 milyonu keçdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43499 vaksin vurulub

arrow Ətraflı