Gecələr evdə yatmırdım, dava düşürdü"


Şou-biznes 07 Apr 2021 14:24:00 101 0

Gecələr evdə yatmırdım, dava düşürdü"

"İdeal ata deyiləm. Çəkilişdə oluram, evə gələndə yatır, səhər duranda yenə də oyanmır. Uşaq məndən çox anasına yapışır. Atalar evdən gedəndə uşaq arxasınca ağlayır. Məndə isə əksinədi, uşaq normal "sağ ol" deyib, yola salır".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev rəqqasə Oksana Rəsulovanın "Bu ana kimi" proqramında deyib. O bildirib ki, oğlu Murad ondan çox anasına bağlıdır:

"Pandemiyada evdə çox oldum. Evdəkilər məni evdən qovmaq istəyirdilər. Qəribə xasiyyətim üzə çıxmışdı: niyə bu buradadır, uşağın paltarını niyə ora qoymusan. Anam da dedi ki, nə işinə qalıb, çıx get. Deyirdilər, yaxşı ki, sən evdə olmursan".

Xanımından bəhs edən Müşviq övladının adını həyat yoldaşının qoyduğunu deyib:

"Ailə qurmazdan, Aynurəni tanımazdan əvvəl düşünürdüm ki, oğlum olacaq, adını da Yusif qoyacam. Burada deyirlər ki, qadın böyük qüvvədir. Evləndim, bildik ki, oğlumuz olacaq. Aynurə Murad, mən Yusif dedim. Axırda o, deyən oldu.