Bakıda 2022 dərəcə isti olacaq, rayonlarda isə... PROQNOZ


Digərləri 07 Apr 2021 13:22:00 120 0

Bakıda 2022 dərəcə isti olacaq, rayonlarda isə...  PROQNOZ

Aprelin 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata görə, aprelin 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12 , gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 8-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.