“Azəriqaz” İByə yeni təklif


Digərləri 07 Apr 2021 12:44:00 170 0

“Azəriqaz” İByə yeni təklif

Sahibkarların qaz çəkilişi üçün aldıqları texniki şərtdə dəyişiklik olunur

Son.az Real TV-ə istinadən bildirir ki, sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Birliyə yeni təklif daxil olub.

Belə ki, Dövlət Xidməti sahibkarların təbii qaz çəkilişi üçün aldıqları texniki şərtdə dəyişiklik olunmasını tövsiyə edib.

Bu günədək bu sənəddə əksini tapan 4.8-ci bənd (istifadə olunacaq bütün avadanlıqlar yeni və istifadə olunmamış olmalıdır) qeyd edilən sənəddən çıxarılacaq.

Çünki bu tələb sahibkarın qaz ölçü qurğusu seçərkən yenisini almasını şərtləndirirdi.

Lakin bəzi sahibkarlar təmir edilərək yenidən istifadəsi mümkün olan qaz sayğaclarından yararlanmaqla, məsrəflərinə qənaet etmək istəyirdilər.