Baş prokuror Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb
Siyasət 07 Apr 2021 12:07:00 71 0
Baş prokuror Kamran Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Baş prokurorluqdan Son.az-a verilən məlumata görə, dost və qardaş ölkələrimiz arasında bugün bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, hüquqi əlaqələrin ən yüksək səviyyədə olması məmnunluqla vurğulanıb. Baş prokuror bildirib ki, hər iki dövlətin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələri strateji əməkdaşlıq səviyyəsində olmaqla dünya ölkələrinə nümunədir.
Baş prokuror qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqı ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya nümayiş etdirib.
İkitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən Baş prokuror gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Səmimi qəbula və xoş sözlərə görə təşəkkürünü ifadə edən səfir Erkan Özoral bundan sonrakı fəaliyyətində də ikitərəfli əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.
Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevr

Şair Bəxtiyar Vahabzadə, tarzən Bəhram Mansurov, ifaçı Zülfü Adıgözə

"Məlumdur ki, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası re

Türkiyədə sosial mediada ən populyar olan məşhurların adları açıqlanı

Aprelin 6-dək qeydə alınan göstəricilərə əsasən, Bakı və Sumqayıt ş

Azərbaycanda qeyri-döyüş şəraitində dünyasını dəyişən hərbi qulluq

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər

İki nəfəri odlu silahla yaralayan şəxs polis tərəfindən zərərsizləşd

Ramazan ayı boyunca vaksinasiya prosesi davam etdiyindən, insanlar oruc halın

Ötən il əcnəbilərlə bağlanmış nikahların sayı iki dəfə azalıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr

Dubayda lüt şəkilləri çəkib yaymaqla aləmi bir-birinə vuran qızlar hə

Yol kənarlarında ''dayan-dincəl'' məkanı var, amma sürüc
