Kamaləddin Qafarov: "Azərbaycanın tarixi qələbəsi Türk dünyasının inteqrasiyasına səbəb olub"


Siyasət 07 Apr 2021 12:00:00 68 0

Kamaləddin Qafarov: "Azərbaycanın tarixi qələbəsi Türk dünyasının inteqrasiyasına səbəb olub"

"Məlumdur ki, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regional əməkdaşlıq üçün son dərəcə səmərəli mexanizmə çevrilib və bu qurum beynəlxalq mövqeylərini getdikcə möhkəmləndirir. Bu proseslərdə Azərbaycanın da rolu çox önəmlidir. Ölkəmiz Vətən müharibəsində əldə etdiyi tarixi qələbə nəticəsində Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla Türk Şurasının və bütün türk dünyasının daha da güclənməsinə misilsiz töhfə vermiş oldu".

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. 

Millət vəkilinin sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşü Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzunun daha bir göstəricisi olmaqla yanaşı, eyni zamanda, ölkəmizin bu təşkilata sədrlik etdiyi dövrdə əldə olunan nailiyyətlərin böyük əhəmiyyətini nümayiş etdirdi: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşü, ilk növbədə, quruma üzv olan dövlətlərin həmrəylik və dostluq əlaqələrinin hər zaman olduğundan daha yüksək səviyyədə təzahürünü bütün dünyaya nümayiş etdirdi. Türk Şurasına üzv ölklərin dövlət başçıları Prezident İlham Əliyevə Vətən müharibəsində əldə olunmuş tarixi qələbə münasibətilə bir daha öz səmimi təbriklərini çatdırmaqla ölkələrinin Azərbaycanla həmrəy olduqlarını bir daha təsdiq etdilər. 

Məlumdur ki, Türki Şurası türkdilli ölkələr arasında daha sıx dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi və türk dünyası ilə digər ölkələr arasında sabit əlaqələrin qurulması baxımından son dərəcə böyük əhəmiyyət kəsb edən bir təşkilatdır. Son illər isə qurumun beynəlxalq nüfuzu daha yüksək dinamika ilə artmaqdadır. Bizim üçün xüsusilə qürurverici haldır ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbə bu təşkilatın həm gücünü, həm də nüfuzunu daha çox artırmış oldu. Bu önəmli fakt Türk Şurasının Zirvə görüşündə dövlət başçılarının çıxışlarında da öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, Türk dünyası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həmin Zirvə görüşündə etdiyi çıxışında bu məqamı vurğulayaraq demişdir: "Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq."

K. Qafarov keçirilən Zirvə görüşündə Azərbaycan Prezidentinin etdiyi çıxışı bütün region ölkələrinə və qonşu dövlətlərə ünvanlanmış bir əməkdaşlıq çağırışı olduğunu da qeyd edib: "Qeyd olunduğu kimi, Azərbaycanın tarixi qələbəsi nəticəsində Cənubi Qafqazda yaranan yeni reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açıb. Bu imkanlar Türk Şurasının Zirvə görüşündə də çox yüksək qiymətləndirilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini bir daha vurğuladı. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar sırasında məhz Zəngəzur dəhlizi xüsusilə böyük önəm kəsb edir. Öz çıxışında isə dövlət başçımız dedi ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Həmçinin bu layihələr digər ölkələr üçün də yeni, əlavə imkanlar yaradacaq. O cümlədən, Ermənistan da bu imkanlardan yararlanmaq şansı alacaq. 

Məlumdur ki, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən istifadə edilməklə yarana bilər. Ermənistanın onun qonşusu olan İranla da dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, Azərbaycan artıq yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində iri həcmli işlərə start vermişdir.  

Kamaləddin Qafarov sonda demişdir: " Beləliklə, ölkəmiz hər zaman olduğu kimi, yenə də yüksək səmərəliliyi ilə seçilən transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı olmaqla, bütün əhəmiyyətli regional-transmilli layihələrin ən arzuolunan iştirakçılarından birinə çevrilib. Azərbaycan artıq uzun müddətdir ki, regionun lider dövləti kimi çıxış edir və öz ərazi bütövlüyünü təmin etdikdən sonra, həm də məhz öz gücünə qalib gəldiyi müharibənin nəticəsi olaraq təmin etdikdən sonra bu mövqeyini daha da möhkəmləndirmişdir".

Türkiyədə sosial mediada ən populyar olan məşhurlar like
  • 07 Apr 11:59  
Şou-biznes Türkiyədə sosial mediada ən populyar olan məşhurlar

Türkiyədə sosial mediada ən populyar olan məşhurların adları açıqlanı

arrow Ətraflı
Bu məktəblərdə vaksinasiya prosesi yekunlaşdırılıb like
  • 07 Apr 11:57  
Digərləri Bu məktəblərdə vaksinasiya prosesi yekunlaşdırılıb

Aprelin 6-dək qeydə alınan göstəricilərə əsasən, Bakı və Sumqayıt ş

arrow Ətraflı
Şəhid statusu verilməsi qaydasına dəyişiklik təklif edilir like
  • 07 Apr 11:54  
Digərləri Şəhid statusu verilməsi qaydasına dəyişiklik təklif edilir

Azərbaycanda qeyri-döyüş şəraitində dünyasını dəyişən hərbi qulluq

arrow Ətraflı
BANMdə tələbə və gənc tədqiqatçıların konfransları keçiriləcək like
  • 07 Apr 11:51  
Digərləri BANMdə tələbə və gənc tədqiqatçıların konfransları keçiriləcək

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər

arrow Ətraflı
Merilenddə silahlı insident baş verib like
  • 07 Apr 11:49  
Dünya Merilenddə silahlı insident baş verib

İki nəfəri odlu silahla yaralayan şəxs polis tərəfindən zərərsizləşd

arrow Ətraflı
Peyvənd orucu pozur? like
  • 07 Apr 11:47  
Digərləri Peyvənd orucu pozur?

Ramazan ayı boyunca vaksinasiya prosesi davam etdiyindən, insanlar oruc halın

arrow Ətraflı
Əcnəbilərlə ailə quran azərbaycanlı qadın və kişilərin sayı açıqlanıb like
  • 07 Apr 11:44  
Digərləri Əcnəbilərlə ailə quran azərbaycanlı qadın və kişilərin sayı açıqlanıb

Ötən il əcnəbilərlə bağlanmış nikahların sayı iki dəfə azalıb.

arrow Ətraflı
Səməd Seyidov koronavirusa like
  • 07 Apr 11:41  
Digərləri Səməd Seyidov koronavirusa

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 07 Apr 11:39  
Dünya Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

arrow Ətraflı
Baş prokurordan qərar  Lüt FOTOları ilə gündəmə gələn qızlar həbs yox, deport olundular like
  • 07 Apr 11:37  
Şou-biznes Baş prokurordan qərar Lüt FOTOları ilə gündəmə gələn qızlar həbs yox, deport olundular

Dubayda lüt şəkilləri çəkib yaymaqla aləmi bir-birinə vuran qızlar hə

arrow Ətraflı
Üç uşaq anası olan topmodel like
  • 07 Apr 11:31  
Şou-biznes Üç uşaq anası olan topmodel

Amerkalı top-model, aktrisa Molli Sims növbəti heyranedici fotoları ilə gü

arrow Ətraflı
Qadın gördüyü kabusdan sonra divarın arxasında gizli qapı aşkarladı like
  • 07 Apr 11:29  
Digərləri Qadın gördüyü kabusdan sonra divarın arxasında gizli qapı aşkarladı

Qorxulu yuxudan sonra ayılan qadın divarın arxasında  gizli qapı aşkarlay

arrow Ətraflı
Top modelin bu like
  • 07 Apr 11:27  
Şou-biznes Top modelin bu

Britaniyalı top model Megan Barton Hanson sosial mediada paylaşdığı fotolar

arrow Ətraflı
Bu da Elza Seyidcahanın yeni şeiri like
  • 07 Apr 11:19  
Şou-biznes Bu da Elza Seyidcahanın yeni şeiri

Əməkdar artist Elza Seyidcahan yeni "Su" adlı şeir yazıb.

arrow Ətraflı