ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb


Digərləri 07 Apr 2021 10:42:00 96 0

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb

2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,75 milyon barel/sutka səviyyəsində gözlənilir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Əvvəlki hesabatda bu göstərici 0,77 milyon barel/sutka proqnozlaşdırılmışdı.

2021-ci ildə rüblük hasilat birinci rübdə 0,75 milyon, ikinci rübdə 0,73 milyon, üçüncü rübdə 0,73 milyon, dördüncü rübdə isə 0,77 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.

2022-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,8 milyon barel/sutka olacaq. Əvvəlki hesabatda 2022-ci ildə neft hasilatı üzrə proqnoz 0,82 milyon barel/sutka təşkil etmişdi.

Gələn il rüblük hasilat birinci rübdə 0,79 milyon, ikinci rübdə 0,8 milyon, üçüncü rübdə 0,78 və dördüncü rübdə 0,81 milyon barel/sutka təşkil edəcək.