“Google” xəritəsində açıq qəbir görüntüləri təşviş yaratdı


Digərləri 07 Apr 2021 09:59:00 119 0

“Google” xəritəsində açıq qəbir görüntüləri təşviş yaratdı

Şəbəkə istifadəçiləri "Google" xəritələrində insanların içərisində yatdıqları iki üstü açıq məzar görüblər.

Son.az oxu.az-a istinadən bildirir ki, qazılan məzarların ABŞ-ın Oregon ştatında Portland şəhəri yaxınlığında tapıldığı qeyd olunur. Eyni zamanda, istifadəçilər qəbirlərin yaxınlığında kürək və ya basdırmağa imkan verən başqa bir cihaz görməyiblər.

Məlum olub ki, qazılan "qəbirlər" çağdaş sənət festivalı çərçivəsində bir layihənin hissəsi olub.

Tamaşa ailə münasibətləri metaforasını nümayiş etdirib.

Son.az