Azərbaycan jurnalistləri Rusiya səfirliyinə müraciət ediblər


Siyasət 07 Apr 2021 09:26:00 62 0

Azərbaycan jurnalistləri Rusiya səfirliyinə müraciət ediblər

Azərbaycan jurnalistləri Rusiya səfirliyinə müraciət ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, müraciətdə deyilir:

Şuşa şəhərində Rusiyaya məxsus "İskəndər" Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin, Azərbaycan tərəfi bu qalıqların məhz "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.

Biz xatırlatmağa məcburuq: Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan "İskəndər" Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər.

Lakin, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda "İskəndər" raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib: "Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib".

Lakin indi Şuşada "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur.

Şuşada məhz "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb. Lakin, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur.

Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcəkdir.

Mir Şahin Ağayev - REAL TV-nin rəhbəri

Əflatun Amaşov - Mətbuat Şurasının sədri

3. Rəşad Məcid - "525-ci qəzet"in baş redaktoru

4. Eynulla Fətullayev - Haqqın.az saytının baş redaktoru

5. Mehriban Məmmədova - AZTV-nin İnformasiya Proqramları Baş Studiyasının Baş direktoru

6. Orxan Fikrətoğlu - müstəqil jurnalist

7. Elçin Mirzəbəyli - "Xalq cəbhəsi" qəzetinin baş redaktoru

8. Səadət Məmmədova - ATV prezidentinin müşaviri

9. Həmid Həmidov - bloger

10. Murad Hüseynov - İTV-nin Baş direktorunun müavini

11. Mübariz Əsgərov - müstəqil jurnalist

12. Şakir Eminbəyli - "Rossiya 24" kanalının Azərbaycandakı nümayəndəsi

13. İlqar Mikayıloğlu - REAL TV-nin hərbi analitiki

14. Lalə Azərtaş - Xəzər TV-nin aparıcısı

15. Emin Musəvi - ASAN radionun rəhbəri

16. Rauf Arifoğlu - "Yeni Müsavat" qəzetinin baş redaktoru

17. Elçin Şıxlı - "Ayna-Zerkalo" qəzetinin baş redaktoru

18. Azər Qərib - bloger

19. Tofiq Abbasov - AZTV-nin siyasi icmalçısı

20. Əli Hacızadə - bloger

21. Vyacheslav Sapunov - bloger

22. Ədalət Verdiyev - bloger

23. Tofiqəxanım Qasımova (Nurani) - "Minval.az" saytının siyasi icmalçısı

24. Elçin Alıoğlu - Milli.az saytının baş redaktoru

25. Vüsal Məmmədov - Azvision.az saytının baş redaktoru

26. Şakir Ağayev - "Novaya Vremya" qəzetinin baş redaktoru

Son.az 

Britaniya investisiya fondu "Toshiba"nı 18 milyard dollara almaq istəyir like
  • 07 Apr 09:24  
Dünya Britaniya investisiya fondu "Toshiba"nı 18 milyard dollara almaq istəyir

Böyük Britaniyanın CVC Capital Partners investisiya fondu tezliklə Yaponiyan

arrow Ətraflı
Aprelin 7də xarici valyutaların manata qarşı məzənnələri like
  • 07 Apr 09:19  
Digərləri Aprelin 7də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 7 aprel tarixindən etibarən valyuta məzənnələ

arrow Ətraflı
Koronavirusa inanmayan müğənni like
  • 07 Apr 09:14  
Şou-biznes Koronavirusa inanmayan müğənni

Türkiyəli müğənni Murad Kekilli koronavirusa inanmadığını açıqlayıb.

arrow Ətraflı
Sərt karantin tətbiq edilsə, bu şəxslərə güzəşt oluna bilər like
  • 07 Apr 09:09  
Digərləri Sərt karantin tətbiq edilsə, bu şəxslərə güzəşt oluna bilər

COVİD-19 infeksiyasına qalib gəlməyin yeganə yolu kütləvi şəkildə əha

arrow Ətraflı
"Facebook" istifadəçilərin məlumatlarının oğurlanması səbəbini açıqladı like
  • 07 Apr 09:05  
Digərləri "Facebook" istifadəçilərin məlumatlarının oğurlanması səbəbini açıqladı

"Facebook" sosial şəbəkəsi bu yaxınlarda 530 milyondan çox istif

arrow Ətraflı
Bakı sakininə evində 6 bıçaq zərbəsi vurulub like
  • 07 Apr 09:00  
Kriminal Bakı sakininə evində 6 bıçaq zərbəsi vurulub

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Göyərtili, pendirli asan bulka resepti like
  • 07 Apr 08:55  
Digərləri Göyərtili, pendirli asan bulka resepti

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
Bakıda piyadanı avtomobil vuraraq öldürüb like
  • 07 Apr 08:49  
Digərləri Bakıda piyadanı avtomobil vuraraq öldürüb

Bakının Xətai rayonunda ağır yol qəzası baş verib.

arrow Ətraflı
Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR like
  • 07 Apr 08:45  
Digərləri Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Bakı sakini naməlum şəxslər tərəfindən bıçaqlanıb like
  • 07 Apr 08:39  
Kriminal Bakı sakini naməlum şəxslər tərəfindən bıçaqlanıb

Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.

arrow Ətraflı
SpaceX 60 ədəd İnternet peykdən ibarət qrupu orbitə buraxacaq like
  • 07 Apr 08:28  
Dünya SpaceX 60 ədəd İnternet peykdən ibarət qrupu orbitə buraxacaq

ABŞ-ın "SpaceX" şirkəti orbitə 60 ədəd "Starlink" İn

arrow Ətraflı
Bakıda avtomobil dirəyə çırpılıb, sürücü ölüb like
  • 07 Apr 08:17  
Digərləri Bakıda avtomobil dirəyə çırpılıb, sürücü ölüb

Bakının Sabunçu rayonunda qəza nəticəsində bir nəfər ölüb.

arrow Ətraflı
Bakının yeni turistik məkanına çevriləcək Bibiheybət  Trend TVnin reportajı like
  • 07 Apr 08:06  
Digərləri Bakının yeni turistik məkanına çevriləcək Bibiheybət Trend TVnin reportajı

Son zamanlar Bakı və ətraf kənd-qəsəbələrin yenidən qurulması, yaradı

arrow Ətraflı
ÜST dünyada COVID19dan ölənlərin sayının artdığını bildirib like
  • 07 Apr 07:55  
Dünya ÜST dünyada COVID19dan ölənlərin sayının artdığını bildirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVID-19 səbəbindən ölüm

arrow Ətraflı
Bakıda üç avtomobil toqquşub, xəsarət alan var  FOTO like
  • 07 Apr 07:44  
Digərləri Bakıda üç avtomobil toqquşub, xəsarət alan var FOTO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

arrow Ətraflı