"Facebook" istifadəçilərin məlumatlarının oğurlanması səbəbini açıqladı


Digərləri 07 Apr 2021 09:05:00 128 0

"Facebook" istifadəçilərin məlumatlarının oğurlanması səbəbini açıqladı

"Facebook" sosial şəbəkəsi bu yaxınlarda 530 milyondan çox istifadəçinin məlumat sızmasının səbəbinin sistemlərinə haker hücumunun olmadığını açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, cinayətkarlar istifadəçilərin məlumatlarını veb mənbələrindən çıxarmaqla əldə ediblər:

"Cinayətkarların məlumatları sistemlərimizə hücum etməklə deyil, platformamızdan məlumat çıxarmaqla əldə etdiklərini anlamaq vacibdir".

Məlumat sızmasına səbəb olan sistem zəifliyinin aradan qaldırıldığını qeyd edilib.