Bakıda piyadanı avtomobil vuraraq öldürüb


Digərləri 07 Apr 2021 08:49:00 125 0

Bakıda piyadanı avtomobil vuraraq öldürüb

Bakının Xətai rayonunda ağır yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Naməlum kişi prospektdə yolu keçərkən onu minik avtomobili vurub. Piyada hadisə yerində ölüb.

Ölən şəxsin kimliyi araşdırılır.