ÜST dünyada COVID19dan ölənlərin sayının artdığını bildirib


Dünya 07 Apr 2021 07:55:00 123 0

ÜST dünyada COVID19dan ölənlərin sayının artdığını bildirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVID-19 səbəbindən ölüm hallarının artdığını bildirdi.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın həftəlik epidemioloji bülletenində məlumat verilib.

Bildirilib ki, son bir həftə ərzində dünyada koronavirusdan ölənlərin sayı 11 faiz artıb - 71 mindən çox insan ölüb.

Eyni zamanda, təşkilat altıncı həftə dalbadal yoluxan insanların sayında artım olduğunu qeyd edir. Son yeddi gün ərzində dörd milyondan çox yeni COVID-19-a yoluxma faktı aşkar edilib.