Bakıda üç avtomobil toqquşub, xəsarət alan var FOTO


Digərləri 07 Apr 2021 07:44:00 125 0

Bakıda üç avtomobil toqquşub, xəsarət alan var  FOTO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Səməd Vurğun və İmran Qasımov küçələrinin kəsişməsində baş verib.

"Opel" markalı nəqliyyat vasitəsi Səməd Vurğun küçəsində qadağan olunmuş ərazidən geriyə dönüş edib. 

Bu zaman eyni küçədə əks istiqamətdə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Mercedes" markalı nəqliyyat vasitəsi "Hyundai" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində "Opel" markalı nəqliyyat vasitəsində bir nəfər xəsarət alıb.