“Google” şirkəti “MWC 2021” sərgisində iştirakdan imtina etdi


Digərləri 06 Apr 2021 23:45:00 181 0

“Google” şirkəti “MWC 2021” sərgisində iştirakdan imtina etdi

Bu il "Mobile World Congress (MWC) 2021" sərgisi Barselonada adi formatda keçiriləcək, lakin davam edən koronavirus pandemiyasına görə bir çox şirkətlər bu tədbirdə iştirakdan imtina edirlər. "MWC 2021" sərgisində öz stendini yerləşdirməməyə qərar vermiş "Nokia", "Oracle", "Sony", həmçinin "Ericsson" və "Facebook"dan sonra "Google" şirkəti də tədbirdə iştirakdan imtina edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, "biz mövcud səyahət məhdudiyyətlərimizə və "COVID-19" protokollarına uyğun olaraq bu il "Mobile World Congress"də iştirakdan imtina etmək barədə qərar qəbul etdik. Buna baxmayaraq "GSMA" ilə sıx əməkdaşlığa davam edəcək və öz partnyorlarımızı virtual imkanların köməyi ilə dəstəkləyəcəyik. Builki tədbiri səbirsizliklə gözləyirik və 2022-ci ildə Barselonada görüşərik" - "Google" şirkətinin nümayəndəsi "The Verge" resursuna deyib.

Bu il "MWC" sərgisinin təşkilatçısı "GSMA" tədbirin keçirilməsini fevraldan iyuna keçirib. Lakin Avropanın bir çox ölkəsində tüğyan edən "COVID-19" pandemiyasının üçüncü dalğası ilə əlaqədar kütləvi tədbirin (MWC sərgisində adətən 100 mindən çox insan iştirak edir) keçirilməsi iştirakçılar üçün böyük risk yaradır.