"Instagram"a yeni "Remix" funksiyası gəlib


Digərləri 06 Apr 2021 23:20:00 182 0

"Instagram"a yeni "Remix" funksiyası gəlib

Instagram Reels videoları üçün yeni bir xüsusiyyəti təqdim edib. "Remix" adlanan bu xüsusiyyət, iki videonu yan-yana yerləşdirilməsinə imkan verir.

Son.az techland.az-a istinadən bildirir ki, bir müddət əvvəl TikTok kimi "Reels" xüsusiyyətini istifadəçilərin xidmətinə təqdim edən Instagram inkişaf etdiriciləri xüsusiyyəti bu gün bir az daha inkişaf etdirdiklərini açıqlayıblar. Instagram tərəfindən edilən şərhlərə görə, istifadəçilər artıq "Reels"ə əlavə olunan "Remix" adlı bir xüsusiyyətdən faydalana biləcəklər.

İstifadəçilər bundan sonra iki "Reels" videosunu yan-yana gətirərək paylaşa biləcəklər. Tətbiqi yeniləməklə istifadəçilər son yenilikdən istifadə edə biləcəklər.