Microsoft Cortana rəqəmsal köməkçisinin mobil versiyasını silib


Digərləri 06 Apr 2021 22:20:00 130 0

Microsoft Cortana rəqəmsal köməkçisinin mobil versiyasını silib

ABŞ-dakı texnologiya nəhəngi Microsoft, böyük ümidlərlə inkişaf etdirdiyi rəqəmsal köməkçisi "Cortana"nı 2014-cü ildə istifadəçilərin xidmətinə təqdim etib. Şirkətin bütün xidmətlərində təqdim etdiyi bu köməkçi son illərdə iOS və Android istifadəçiləri üçün əlçatandır. Ancaq Cortana iOS və Android ekosistemindəki yolunun sonuna gəlib. Microsoft rəqəmsal köməkçisinin mobil versiyasını silib.

Microsoft, Google Play Store və App Store-da "Cortana"nın siyahı səhifələrini silib. Bundan əlavə, "Cortana"da istifadəçilər tərəfindən yaradılan xatırlatmalar və ya proqramlar kimi xüsusiyyətlər artıq mobil tətbiqetmədə işləmir. Ancaq Cortana istifadəçisisinizsə, bu vəziyyətdən narahat olmayın. Çünki Cortana'nın masa üstü versiyasına Windows kompüterlərindən daxil olmağa davam edə biləcəksiniz.