Təmas Qrupunun nümayəndələri Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar


Siyasət 06 Apr 2021 21:24:00 58 0

Təmas Qrupunun nümayəndələri Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar

Aprelin 6-da İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ermənistanın müharibə cinayətləri ilə yaxından tanış olmaq üçün Gəncədə səfərdə olublar.

Son.az Trend-ə istinadən bildirir ki, Təmas Qrupuna daxil olan doqquz ölkənin nümayəndəsini Prezident Administrasiyasının məsul əməkdaşı Fərhad Məmmədov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müşayiət ediblər.

Səfərin məqsədi Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrini Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ayrı-ayrı məkanlarında Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Qonaqlar oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Növbəti müharibə cinayəti isə oktyabrın 17-də törədilib. Düşmənin Gəncəyə xain hücumu nəticəsində 13 nəfər həlak olub, 48-dən çox şəxs xəsarət alıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə "Toçka-U", "Smerç", "Skad" və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo və Qambiya Respublikasının İslam Əməkdaşlıq Təşkilatında (İƏT) daimi nümayəndəsinin müavini Jah Abu Bakir jurnalistlərə açıqlamalarında erməni terrorunu sərt şəkildə qınadıqlarını bildirib, dinc azərbaycanlı əhalinin məqsədli şəkildə hədəf alınmasının insanlıqla bir araya sığmadığını diqqətə çatdırıblar. Onlar İƏT-in daim Azərbaycana dəstək olduğunu və bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıblar.

Nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.

Fiat Google oraqlığı ilə yeni avtomobil istehsalına başlayıb like
  • 06 Apr 21:20  
Digərləri Fiat Google oraqlığı ilə yeni avtomobil istehsalına başlayıb

Sahələrindəki ən böyük adlardan biri olan Google və Fiat, yeni bir ortaql

arrow Ətraflı
Facebook zehin oxuma texnologiyasını təqdim edib like
  • 06 Apr 21:10  
Digərləri Facebook zehin oxuma texnologiyasını təqdim edib

Dünyanın ən böyük sosial media şirkəti olan Facebook, insanları virtual

arrow Ətraflı
Dövlət başçısı meliorativ tədbirlərlə bağlı konkret tələb və istiqamətləri açıqladı like
  • 06 Apr 21:07  
Siyasət Dövlət başçısı meliorativ tədbirlərlə bağlı konkret tələb və istiqamətləri açıqladı

30 ilə yaxın işğal altında qalan Qarabağın azad edilməsi Azərbaycanda s

arrow Ətraflı
Volkswagen də yeni mühərriklərin yaradılmasından imtina edib like
  • 06 Apr 21:01  
Digərləri Volkswagen də yeni mühərriklərin yaradılmasından imtina edib

Volkswagen şirkəti artıq yeni daxili yanma mühərriklərini hazırlamayacağ

arrow Ətraflı
iOS istifadəçiləri 2 dəfə daha çox pul xərcləyirlər like
  • 06 Apr 20:55  
Digərləri iOS istifadəçiləri 2 dəfə daha çox pul xərcləyirlər

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə n

arrow Ətraflı
Afət Fərmanqızı barədə İLGİNC FAKT ortaya çıxdı  5 il saxta adla like
  • 06 Apr 20:53  
Şou-biznes Afət Fərmanqızı barədə İLGİNC FAKT ortaya çıxdı 5 il saxta adla

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Af

arrow Ətraflı
Ötən il elektron aksesuarların satışı 30 faiz artıb like
  • 06 Apr 20:50  
Digərləri Ötən il elektron aksesuarların satışı 30 faiz artıb

2020-ci ilin dördüncü rübündə dünyada 153,5 milyon "ağıllı"

arrow Ətraflı
Ən məhsuldar “Android” smartfonları məlum olub like
  • 06 Apr 20:45  
Digərləri Ən məhsuldar “Android” smartfonları məlum olub

2021-ci ilin mart ayının nəticəsinə görə, "Xiaomi Black Shark 4 Pro&

arrow Ətraflı
İstanbulda vəkil bürosunda ailə üzvləri atəşə tutuldu like
  • 06 Apr 20:44  
Dünya İstanbulda vəkil bürosunda ailə üzvləri atəşə tutuldu

İstanbulda vəkil bürosuna silahlı hücum olub.

arrow Ətraflı
ÜST səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir like
  • 06 Apr 20:41  
Dünya ÜST səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səyahət üçün "peyvənd paspo

arrow Ətraflı
Boğazda ağrı like
  • 06 Apr 20:40  
Digərləri Boğazda ağrı

Boğazda ağrı dedikdə kəskin iltihab nəticəsində, udma zamanı boğazda x

arrow Ətraflı
ÜST rəsmisi: "AstraZeneca" ilə tromboz arasındakı əlaqə sübut olunmayıb" like
  • 06 Apr 20:39  
Dünya ÜST rəsmisi: "AstraZeneca" ilə tromboz arasındakı əlaqə sübut olunmayıb"

""AstraZeneca" peyvəndi ilə tromboz arasındakı əlaqə hələ

arrow Ətraflı
"JP Morgan" Azərbaycanda neft hasilatı üzrə proqnozları yüksəldib like
  • 06 Apr 20:36  
Digərləri "JP Morgan" Azərbaycanda neft hasilatı üzrə proqnozları yüksəldib

2021-ci ildə Azərbaycanda xam neft hasilatı 620 min barel/sutka təşkil edə

arrow Ətraflı