“Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək”


Siyasət 06 Apr 2021 21:29:00 135 0

“Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək”

"Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək".

Son.az xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri,  Milli Məclisin deputatı Tural Gəncəliyev tvitter hesabında yazıb.

O qeyd edib ki, hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir.

T.Gəncəliyevin sözlərinə görə, deputat kimi Xankəndinin bütün sakinlərini təmsil edir:

"Etnik mənşəyindən asılı olmayaraq, hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!".