ÜST səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir


Dünya 06 Apr 2021 20:41:00 138 0

ÜST səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ÜST-ün sözçüsü Marqaret Harris mətbuat brifinqində deyib.

"ÜST olaraq bu mərhələdə peyvənd pasportunun giriş və ya çıxış tələbi olaraq görmək istəmədiyimizi bəyan edirik, çünki bu mərhələdə peyvəndin virusun ötürülməsinin qarşısını alıb-almadığına əmin deyilik", -deyə ÜST-ün sözçüsü bildirib.

O, həmçinin əlavə edib ki, bu, müxtəlif səbəblərdən peyvənd oluna bilməyən insanlara qarşı ayrı-seçkilik məsələsini ortaya çıxaracaq.