Rusiyanın hərbi peyki orbitdən çıxaraq yanıb


Digərləri 06 Apr 2021 20:10:00 137 0

Rusiyanın hərbi peyki orbitdən çıxaraq yanıb

Rusiyanın "Kosmos-2525" hərbi peyki orbitdən çıxaraq atmosferin sıx qatında yanıb.

Son.az ted.az-a istinadən bildirir ki, məlumatı Şimali Amerika Hava-komsik müdafiə komandanlığı (NORAD, North American Aerospace Defense Command) yayıb.

Məlumata görə, peyk aprelin 1-də orbitdən çıxıb. Hazırda obyekt orbitdə mövcud deyil.

Bildirilib ki, "Kosmos-2525" Rusiya Müdafiə Nazirliyinin maraqlarını təmin etmək üçün 2018-ci il martın 29-da Arxangelsk vilayətinin Plesesk kosmodromundan "Soyuz-2.1v" raket daşıyıcısı ilə buraxılmışdı.

Peykin təyinatı ilə bağlı rəsmi məlumat yoxdur.