Türkmənistanda zəlzələ olub


Dünya 05 Apr 2021 19:06:00 118 0

Türkmənistanda zəlzələ olub

Türkmənistanda Rixter cədvəli ilə 4,7 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri 87 min əhalisi olan Balkanabat şəhərindən 34 kilometr şimal-şərqdə qeydə alınıb.

Yeraltı təkanlar 20 kilometr dərinlikdə qeydə alınıb.

Hər hansı itki və ya fəsadlar barədə məlumat verilməyib.