Bulvarda çökmə olub FOTO


Digərləri 05 Apr 2021 17:47:00 139 0

Bulvarda çökmə olub  FOTO

Sosial şəbəkələrdə Dənizkənarı Bulvar ərazisində çökmə baş verdiyini əks etdirən fotolar yayılıb. Sözügedən çökmənin Bakı Kristal Zalın yanındakı ərazidə qeydə alındığı deyilir.

Son.az bildirir ki, "Dənizkənarı Milli Park" MMC-nin direktoru Rafael Niftəliyev məsələylə bağlı "Qafqazinfo"ya açıqlama verib.

O qeyd edib ki, çökmə hadisələri zamanla bulvar ərazisinin ayrı-ayrı hissələrində baş verir: "Buna ərazinin sahilətrafı yer olması, həm də relyef təsir edir. Ancaq mütəmadi olaraq briqadalarımız bulvar ərazisində işləyir. Onlar çökmə baş verən əraziləri bərpa edirlər. Həmin ərazi də bərpa ediləcək".