Putin veteranların təhqir edilməsinə görə cəzaları sərtləşdirdi


Digərləri 05 Apr 2021 16:50:35 118 0

Putin veteranların təhqir edilməsinə görə cəzaları sərtləşdirdi

Rusiya prezidenti Vladimir Putin nasizmin reabilitasiyası və veteranların təhqir edilməsinə görə cəzaların sərtləşdirilməsi haqqında qanun imzalayıb.

Son.az lenta.ru-ya istinadən xəbər verir ki, beləliklə, Nürnberq tribunalının təsbit etdiyi faktların ictimaiyyət tərəfindən inkar edilməsi və SSRİ-nin İkinci Dünya müharibəsindəki rolu barədə bilərəkdən yalan məlumatların yayanları üç ilə qədər həbs və ya üç milyon rubla qədər cərimə gözləyir. Bənzər cəza, hərbi şöhrət simvollarını təhqir etmək və ya veteranların alçaldılması üçün də tətbiq edilir.

Kamran Son.az