Məktəblər və bağçalar bu vaxta qədər açılmamalıdır


Digərləri 05 Apr 2021 15:21:00 129 0

Məktəblər və bağçalar bu vaxta qədər açılmamalıdır

"COVİD virusunu ilk tanıdığımız gündən dəyişməyən qanun odur ki, infeksion xəstəliklərə qarşı qorunma tədbirləri öz aktuallığını saxlayıb".

Bunu Son.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İşçi qrupunun üzvü, həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, avtobuslardakı sərnişin sıxlığı yoluxmanı sürətlə artırır:

"Ümumiyyətlə infeksion xəstəliklərdə infeksiya mənbəyi, ötürülmə zənciri mütləq olmalıdır və həssas orqanizm olmalıdır. Mənbəyə qarşı bu dəqiqə əlimizdə bu dəqiqə heç bir vasitə yoxdur. Yəni törədicini (COVİD-19) məhv etmək üçün əlimizdə bir dərman preparatı və yaxud xüsusi bir maddə yoxdur. İnsan orqanizmdə sadəcə edə biləcəyimiz vaksinasiya etməkdir və səhhətində yarana biləcək faktorları aradan qaldırmaqdır. Ən böyük şansımız ötürülmə yolunu kəsməkdir. Ötürülmə yolu bu infeksiyanın yayılmasında, pandemiyanın sonlana bilməməsində əsas faktordur.

Ötürülmə zəncirinin formalaşmasında uşaqların çox böyük bir rolu var. Yəni, uşaqlar hər nə qədər də xəstəliyi yüngül keçirsələr də, xəstəliyi bir şəxsdən başqa bir şəxsə ötürən əsas mənbədir. Ona görə də məktəblərin, bağçaların bağlanması doğru bir seçimdir. Aşkarlanan yoluxma sayı iki rəqəmliyə enənə qədər təhsil müəssisələri açılmamalıdır. Yalnız o zaman məktəblərin, bağçaların açılmasına icazə verilə bilər.