Almaniyada polis türkü güllələdi


Dünya 03 Apr 2021 11:34:00 123 0

Almaniyada polis türkü güllələdi

Almaniyanın Bavariya vilayətinin Krumbaç bölgəsində türk əsilli kişi polis tərəfindən güllələnib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, kimliyi açıqlanmayan Altsheymer xəstəsi 63 yaşlı şəxs əlindəki oyuncaqla polisə vurmağa cəhd edib.

Polis əməkdaşı isə dərhal xidməti silahı ilə kişiyə 3 dəfə atəş açıb.

Ağır yaralanan həmin şəxs xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin ağır olduğu deyilir.

İlkin məlumata görə, türk əsilli kişi başqasına məxsus həyətyanı sahəyə girib və bu səbəbdən sözügedən insident yaşanıb.