Peyvənd olunan Argentina Prezidenti koronavirusa yoluxdu


Dünya 03 Apr 2021 10:57:00 108 0

Peyvənd olunan Argentina Prezidenti koronavirusa yoluxdu

Argentina Prezidenti Alberto Fernandes koronavirusa yoluxub.

Son.az xəbər verir ki, bu barədə o, tvitterdə bildirib.

"Bu gün axşam məndə 37,3 hərarət və baş ağrısı yaranandan sonra antigenin aşkar edilməsi üçün test verdim, o, müsbət çıxdı", - dövlət başçısı sosial şəbəkədə yazıb.

Qeyd edək ki, A.Fernandes yanvarın 21-də koronavirusa qarşı Rusiya istehsalı olan "Sputnik V" ilə peyvənd olunmuşdu.