Bakıda oğurluq anbaan kameralara düşdü


Digərləri 03 Apr 2021 10:44:00 124 0

Bakıda oğurluq anbaan kameralara düşdü

Kuryer işlədiyi dönərxanadan oğurluq edib. Hadisə Bakıda Nərimanov rayonunda baş verib. Dönərxananın sahibi iddia edir ki, ona ümumilikdə min manatdan çox ziyan dəyib. Oğurluq hadisəsi təhlükəsizlik kamerasında da düşüb. Hadisədə maraqlı məqamlar da var.

Əvvəlcə çiyni ilə açmağa çalışır sonra isə təpiklə şüşəni sındırır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, kuryer işlədiyi dönərxanadan gecə vaxtı oğurluq edib. Hadisə Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yerləşən dönərxanalardan birində baş verib. Obyekt sahibi Leyla Cəfərovanın sözlərinə görə,10 gün əvvəl 29 yaşlı Ümid Bayramov ona məxsus dönərxanaya gələrək burada kuryer işləyə biləcəyini bildirib. Bundan sonra obyekt sahibi onu işə götürüb. Bir müddət keçdikdən sonra məlum olub ki, Ümid Bayramovun evi yoxdur. Leyla Cəfərova kömək etmək məqsədi ilə iş saatı başa çatdıqdan sonra ona burada gecələyə biləcəyini bildirib.

Leyla Cəfərova deyir ki,hər gün gecə saatlarında obeyktdə iş vaxtı bitəndən sonra, dönərxananın açarını gecələməsi üçün Ümid Bayramova verirdilər. Ancaq gecə saatlarında onu nə qədər gözləsələr də Ümid gəlməyib. Bundan sonra, Leyla Cəfərova dönərxananı bağlayaraq evinə gediblər.Sonra da ona dönərxanadan oğurluq olması ilə bağlı xəbər verilib. Oğurluq hadisəsi anbaan obyektin həyətində quraşdırılan təhlükəsizlik kamerasına düşüb. Görüntülərdəki bu şəxs əvvəlcə dönərxananın pəncərəsini sındırıraraq içərisi girir. Sonra isə içəridən oğurluq etdiyi əşayaları götürüb kuryer işlədiyi motosikletinə əyləşərək ərazidən uzaqlaşıb.

Obyekt sahibi iddia edir ki, ona ümumilikdə 1122 manat ziyan dəyib. Artıq, hadisə ilə bağlı Nərimanov rayon 18-ci polis şöbəsinə şikayyət edilib. Hazırda həmin şəxs polis tərəfindən axtarılır.