Qazilərə əlilliyin təyinatı üçün lazımı prosedurlar açıqlandı


Digərləri 02 Apr 2021 12:31:00 127 0

Qazilərə əlilliyin təyinatı üçün lazımı prosedurlar açıqlandı

Hərbi əməliyyatlar zamanı hər hansı zədə almış, xəstəlik tapmış Qarabağ qaziləri əlilliyin təyinatı üçün ilk növbədə hərbi həkim komissiyasının şəhadətənaməni əldə edərək səhiyyə müəssisəsinə müraciət etməlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov "Sosial saat"da deyib.

Onun sözlərinə görə, səhiyyə müəssisəsi dərhal forma 88 tərtib edərək bunu elektron alt sistemə daxil etməlidir:

"Elektron sistemə daxil olduqdan sonra 3 gün ərzində vətəndaş və ya qazi təyinat alır. Burada foto, videoşəkilişlər, ümumi məlumatlar ümumi komissiya tərəfindən nəzərdən keçirilir".

Ə.Əbdül-Qədirovun sözlərinə görə, şəxsin hərbi xidmətdən tərxis olunması o, demək deyil ki, ona əlillik təyin edilməlidir:

"Bu halda şəxs hərbi sahə üçün yararlı deyil: "Amma o, digər sahələrdə çalışa bilər".

Son.az