Cəsur ürək


Digərləri 02 Apr 2021 12:34:00 192 0

Cəsur ürək

Şəhid Elbrus Hüseynov ölümündən sonra üç medalla təltif olunub

Son.az Real TV-ə istinadən bildirir ki, Murovdan başlayan döyüş yolu, Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərlə sona çatdı....

Vətəni ailəsindən, hətta öz canından əziz tutan şəhid Elbrus Hüseynovdan danışacağıq. Əslən Kəlbəcərdən olan şəhidimiz Göygöl rayonunda doğulub boya-başa çatmışdı. Bəlkə də Kəlbəcərdən olub, oranı görə bilməmək, valideynlərinin ürəyində yaranan vətən qubarı, onu, hərbçi olmağa vadar etdi. Son damla qanına qədər Vətəninin azadlığı uğrunda vuruşdu. Oğlunun şəhid olacağı atasının ürəyinə dammışdı.

Torpaq uğrunda şəhid olmazsa Vətən olmaz deyir şəhid anası. Evin bir oğlu olmasına baxmayaraq qəhramanlıqla Azərbaycanın müdafiəsinə qoşulur.

44 günlük Vətən müharibəsinin qəhramanı olan Elbrusun iki qız övladı yadigar qalıb.