511 Qarabağ qazisinə 2400dən çox reabilitasiya vasitəsisi təqdim edilib


Digərləri 02 Apr 2021 12:21:00 131 0

511 Qarabağ qazisinə 2400dən çox reabilitasiya vasitəsisi təqdim edilib

İndiyədək 511nəfər Qarabağ qazisinə 2400-dən çox reabilitasiya vasitəsisi təqdim edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov "Sosial saat"da deyib.

Onun sözlərinə görə, indiyədək Vətən müharibəsində döyüşən 250-dən şəxsin əlillyinin təyinatı aparılıb. Təyinat verilən 15 qaziyə protez təyin edilib: "Belə şəxslər reabilitasiya xidmətlərinə cəlb edilirlər. Qazilər daim diqqət mərkəzindədirlər".