Suriya və İraqda qalan azərbaycanlı uşaqlar ölkəyə qaytarılacaq


Digərləri 02 Apr 2021 12:06:00 137 0

Suriya və İraqda qalan azərbaycanlı uşaqlar ölkəyə qaytarılacaq

Hazırda Suriya və İraqda qalmış Azərbaycanlı uşaqların ölkəyə qaytarılması ilə bağlı tədbirlər görülür.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

Ombudsman qeyd edib ki, Suriyada və İraqda olan azərbaycanlı uşaqların ölkəmizə qaytarılması üçün zəruri qurumlara, Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edilib.