Kəndlərdə uşaqların vaxtında dərslərə qoşulmasına nə mane olur?


Digərləri 02 Apr 2021 12:08:00 126 0

Kəndlərdə uşaqların vaxtında dərslərə qoşulmasına nə mane olur?

Pandemiya dövründə distant təhsil məsələsi aktuallaşıb. Bütün uşaqların distant təhsilə qoşulması üçün lazımi şərait yaradılmalıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

S.Əliyeva bildirib ki, kənd yerlərində bir sıra hallarda internetin, texniki təchizatın olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur.

O qeyd edib ki, bu probemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir.