Gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edildi


Digərləri 02 Apr 2021 12:09:00 134 0

Gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edildi

Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında inzibati ərazidə xidmət aparan zaman rayonun Barlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən restoran aşkarlayıblar.

Bu barədə Son.az-a DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan bildirilib.

Verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elnur Həsənəliyev və orada olan müştərilər  inzibati qaydada məsuliyyətə cəlb olunublar.